Bir ölkənin gələcəyi, inkişafı və dünyada tanınması təkcə onun zəngin təbii sərvətləri ilə deyil, həm də dünya siyasətində mühüm rol oynayan şəxsiyyətlərindən aslıdır. Ölkəmizin belə nadir şəxsiyyətlərindən biri də müstəqil Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevdir. Ulu öndər Heydər Əliyevin İlham Əliyev haqqında söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinin nə qədər düzgün olduğunu Prezident İlham Əliyevin 19 illik prezidentlik fəaliyyətində şahidi olduq. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun yüksək idarəetmə bacarığı sayəsində Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxardığını görmək olar.2003-cü ildə prezident seçilərkən ölkədə 600 min yeni iş yeri açılacağını vəd edərkən çox insan buna inanmaqda çətinlik çəksə də, 15 ildə 1 ilyon 900 min yeni iş yeri yaradılması Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərir. Bəzi islahatlar nəticəsində ölkədə yoxsulluq 50 faizdən 5 faizə düşdü, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artdı. Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları çərçivəsində şəhərlər, kəndlər bütün zəruri infrastrukturla təmin olunub. Artıq ölkə əhalisinin təxminən 90 faizə yaxını təbii qazdan istifadə edir. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur. Regionlarda müasir ictimai-sosial obyektlər, istehsal müəssisələri açılır. Prezident İlham Əliyevin yürütdüyü güclü xarici siyasəti nəticəsində Azərbaycanın dünyada beynəlxalq nüfuzu daha da artdı. Azərbaycanla müttəfiqlik etmək istəyən ölkələrin siyahısına yeniləri əlavə olundu. Müstəqillik tariximizin ən böyük naliyyətlərindən biri də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu.Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin mahiyyətini, Azərbaycan haqqında həqiqətləri bütün dünyaya yaydı və beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı. Prezident Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən etibarən torpaqları işğal altında olan bir dövlət üçün ordu quruculuğuna böyük əhəmiyyət verib, müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli işlər aparmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2005 –ci ildə yaradılmış Müdafiə Sənayesi Naziriyinin sayəsində artıq Azərbaycan özü müasir silah və texnika istehsal edir. Bu gün Azərbaycan ordusu dünyada ən güclü 50 ordu sırasında yer tutur.Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən bir gün işğal altında olan torpaqlarımızı geri alacağımıza və o torpaqlarda Azərbaycan Bayrağı dalğalanacağına söz vermişdi. Nəhayət ki, 27 sentyabr 2020-ci ildə o gün gəlib çatdı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin siyasəti və ordumuzun gücü ilə işğaldan azad oldu.Prezident İlham Əliyev: “Qarabağ Azərbaycandır !”- dedi və o torpaqlarda Azərbaycan bayrağı dalğalandı.Əminə Əliyeva,Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi